AZS Uyğunluq Sertifikatı

Azərbaycan Standartlaşdırma İnstitutunun struktur bölməsi olan Uyğunluğun qiymətləndirilməsi departamenti 14.07.2017-ci il tarixində məhsulların, işlərin və xidmətlərin sertifikatlaşdırılması orqanı kimi ISO/IEC 17065 beynəlxalq standartının tələblərinə uyğun olaraq akkreditasiya olunmuşdur.


Departament Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən istehsal, idxal və ixrac olunan ərzaq və kənd təsərrüfatı, sənaye məhsullarının, eləcə də xidmət sahələrinin sertifikatlaşdırılması istiqamətlərində fəaliyyət göstərir.


Sertifikatlaşdırma fəaliyyəti bazar iqtisadiyyatının obyektiv tələblərindən olub beynəlxalq və dövlətlərarası standartların tələblərinə uyğun olaraq obyektivlik, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında istehlakçılara təqdim olunan məhsul və xidmətlərin müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu müyən etmək və nəticədə də müştəri məmnunluğuna nail olmaq kimi mühüm məqsədlər daşıyır.


Malların və xidmətlərin sertifikatlaşdırılması prosesi – keyfiyyət və standartlara uyğunluq təminatı.

Uyğunluğun qiymətləndirilməsi

Uyğunluğun qiymətləndirilməsi üçün mal (iş, xidmət), onunla əlaqəli proses (o cümlədən idarəetmə sistemi), istehsal metodu, ilk növbədə standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğun olmalıdır.


Malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma yolu ilə həyata keçirilir.


Sertifikatlaşdırma sifarişçinin təşəbbüsü ilə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən təmin edilir və bu barədə uyğunluq sertifikatı verilir.


Uyğunluğun qiymətləndirilməsi təmin edildikdən sonra təsərrüfat subyektləri standartlaşdırma üzrə müvafiq normativ sənədlərin tələblərinə riayət etmədikləri təqdirdə, bu istehlakçıların aldadılması halı kimi qiymətləndirilir və həmin təsərrüfat subyektləri qanunla müəyyən edilmiş məsuliyyətə cəlb olunurlar.


Sertifikatlaşdırma və uyğunluq üçün bizimlə əlaqə saxlayın